Qanunsuz balıq ovlayan Yevlax sakini saxlanıldı
Mingəçevir Su Anbarının Xanabad körfəzində qanunsuz olaraq balıq ovlayan Yevlax sakini Ceyhun Əzizov saxlanılıb. Ondan ovladığı 33 ədəd sıf balığı, ümumi uzunluğu 200 metr olan və istifadəsi qanunla qadağan edilmiş sintetik tor, motorlu qayıq və 2 ədəd avar götürülüb. Ümumilikdə təbiətə 1089 manat məbləğində ziyan vurmaqda şübhəli bilinən şəxs barəsində araşdırmalar davam etdirilir.
Nərgiz Camalzadə
url:
http://kepezfm.az/xeberler/qanunsuz-bal%C4%B1q-ovlayan-yevlax-sakini-saxlan%C4%B1ld%C4%B1