Qanunsuz silah-sursat aşkarlanıb
Ötən gün qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 13 fakt müəyyən edilib. Paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 1 tapança, 1 pulemyot, 11 tüfəng, 27 patron darağı və 323 ədəd müxtəlif çaplı patron aşkar edilərək götürülüb.Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər də saxlanılıb.
url:
http://kepezfm.az/xeberler/qanunsuz-silah-sursat-a%C5%9Fkarlan%C4%B1b-0

