Qanunsuz yolla ölkəyə gətirilən mobil telefon aşkarlanıb
Mobil telefonlar və tütün məmulatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdin qarşısı alınıb. “Chevrolet” avtomobilin sürücüsü Moskva-Bakı aviareysi ilə gələn sərnişinlərdən mobil telefonları alıb avtomobilə yığarkən saxlanılıb. Ondan 14 ədəd mobil telefon və 3 qutu tütün məmulatı aşkar edilib.
url:
http://www.kepezfm.az/xeberler/qanunsuz-yolla-%C3%B6lk%C9%99y%C9%99-g%C9%99tiril%C9%99n-mobil-telefon-a%C5%9Fkarlan%C4%B1b