Qara dənizdə Azərbaycan vətəndaşlarının olduğu gəmi PUA zərbəsindən sonra batıb
Qara dənizdə, Rumıniya sahilləri yaxınlığında göyərtəsində Azərbaycan və Ukrayna vətəndaşları olan ticarət gəmisi batıb.Hadisə Konstansa limanından 13 dəniz mili məsafədə baş verib. İlkin məlumata əsasən, “KHORYV” adlı gəmiyə dron hücumundan sonra yanğın başlayıb və gəmi batıb. Gəmidə 10-u Ukrayna, 3-ü Azərbaycan vətəndaşı olmaqla, ümumilikdə 13 nəfər olub. Hadisə nəticəsində bir nəfər ölüb, üç nəfər itkin düşüb, doqquz nəfər isə xilas edilib.
url:
http://kepezfm.az/xeberler/qara-d%C9%99nizd%C9%99-az%C9%99rbaycan-v%C9%99t%C9%99nda%C5%9Flar%C4%B1n%C4%B1n-oldu%C4%9Fu-g%C9%99mi-pua-z%C9%99rb%C9%99sind%C9%99n-sonra-bat%C4%B1b

