"Qarabağ"ın 2026/2027 mövsümünə hazırlıq planı bəlli olub
Qarabağ 2026/2027 mövsümünə hazırlıq planını açıqlayıb.Komanda iyunun 10-dan 22-dək Bakıda toplanacaq və hazırlığın ilk mərhələsini keçirəcək.Daha sonra “Qarabağ” iyunun 22-də Avstriyaya yollanacaq və Tirol əyalətində iyulun 2-ə qədər ikinci hazırlıq mərhələsini keçəcək.Komanda hazırlıq çərçivəsində üç yoxlama oyunu keçirəcək. İlk oyun iyunun 27-də Bolqarıstanın “ÇSKA Sofiya” klubuna qarşı olacaq.İyulun 1-də “Qarabağ” iki oyun keçirəcək: Ukraynanın “Metallist” klubu və Macarıstanın “Ferentsvaroş” komandası ilə qarşılaşacaq.
url:
http://kepezfm.az/xeberler/qaraba%C4%9F%C4%B1n-20262027-m%C3%B6vs%C3%BCm%C3%BCn%C9%99-haz%C4%B1rl%C4%B1q-plan%C4%B1-b%C9%99lli-olub

