Qarabağın erməni sakinlərinin Ermənistana miqrasiyasını məcburi köç adlandırmaq əsassızdır - XİN
Azərbaycanın Qarabağ regionunun erməni sakinlərinin Ermənistana miqrasiyasını məcburi köç adlandırmaq əsassız və ədalətsizdir. Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə “X” platformasında USAID direktoru Samanta Puerin paylaşımına cavab kimi belə qeyd edib. O, Pauerin Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərini işğalda saxladığı təxminən 30 il boyunca Ermənistan əleyhinə heç bir fikir səsləndirilmədiyini, əksinə hətta post-münqaişə mərhələsində belə beynəlxalq hüququn və Ermənistanın öhdəliklərinin ziddinə bəyanatlar verdiyini qeyd edib.
url:
http://kepezfm.az/xeberler/qaraba%C4%9F%C4%B1n-erm%C9%99ni-sakinl%C9%99rinin-erm%C9%99nistana-miqrasiyas%C4%B1n%C4%B1-m%C9%99cburi-k%C3%B6%C3%A7-adland%C4%B1rmaq-%C9%99sass%C4%B1zd%C4%B1r