Qarabağın qapıçısı Rusiya millisi ilə məşqlərə başlayıb
“Qarabağ”ın qapıçısı Andrey Lunyov Rusiya yığmasının düşərgəsinə qoşulub. İki il yarımdan sonra milliyə çağırılan 32 yaşlı qolkiper bu gündən məşqlərdə iştirak edəcək. O, Serbiya və Paraqvaya qarşı keçiriləcək yoldaşlıq görüşlərində məşqçilər korpusunun sərəncamında olacaq. Rusiya yığması martın 21-də Serbiya, 25-də isə Paraqvayla üz-üzə gələcək.
url:
http://www.kepezfm.az/xeberler/qaraba%C4%9F%C4%B1n-qap%C4%B1%C3%A7%C4%B1s%C4%B1-rusiya-millisi-il%C9%99-m%C9%99%C5%9Fql%C9%99r%C9%99-ba%C5%9Flay%C4%B1b