"Qarabağ" ən yaxşı komandalar sırasında "5-lik"dədir
"Qarabağ" UEFA Avropa Liqasının 1/8 final mərhələsinin ən yaxşı formada olan komandaları siyahısında ilk "5-lik"dədir. Ağdam təmsilçisi son 5 oyunda bütün turnirlər daxil olmaqla yüksək nəticələr göstərən klubların siyahısında yer alıb. "Köhlən atlar" yalnız son 5 görüşdə qələbə qazanan "Marsel"dən geri qalır. Ağdam təmsilçisi İngiltərənin "Liverpul", Almaniyanın "Bayer 04" klubları ilə 2-4-cü pilləni bölüşdürür.
url:
http://www.kepezfm.az/xeberler/qaraba%C4%9F-%C9%99n-yax%C5%9F%C4%B1-komandalar-s%C4%B1ras%C4%B1nda-5-likd%C9%99dir