"Qarabağ" - "Braqa" oyunu üçün satılan biletlərin sayı açıqlanıb
Bakıda “Qarabağ” və “Braqa” komandaları arasında keçiriləcək UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu üçün indiyədək 15 min bilet satılıb. Biletlərin qiyməti 5, 20, 30, 75 və 100 manat təşkil edir. VIP sektorları üçün biletlər 300 manatdır. “Qarabağ”ın “Braqa”ya qarşı ilk oyunu fevralın 15-də səfərdə, cavab görüşünü isə 22-də Bakıda keçirəcək.
url:
http://www.kepezfm.az/xeberler/qaraba%C4%9F-braqa-oyunu-%C3%BC%C3%A7%C3%BCn-sat%C4%B1lan-biletl%C9%99rin-say%C4%B1-a%C3%A7%C4%B1qlan%C4%B1b