Qarabağ Universitetində işləmək üçün müraciətlərin qəbulu davam edir
Xankəndi şəhərində fəaliyyət göstərəcək Qarabağ Universitetində elan olunmuş proqram rəhbəri vakansiyası üzrə müraciətlərin qəbulu davam edir. Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, müraciətlərin martın 15-dək qəbulunun davam edəcəyini nəzərə alaraq vakansiyada müəyyən edilən tələblərə uyğun namizədlərin müraciət etmələri və bu zaman sənədlərini tam və tələb olunan formada təqdim etmələri xahiş olunur.
url:
http://www.kepezfm.az/xeberler/qaraba%C4%9F-universitetind%C9%99-i%C5%9Fl%C9%99m%C9%99k-%C3%BC%C3%A7%C3%BCn-m%C3%BCraci%C9%99tl%C9%99rin-q%C9%99bulu-davam-edir