Qarabağ Universitetinin fəaliyyət istiqamətləri və hədəfləri müzakirə edilib
Qarabağ Universitetinin fəaliyyət istiqamətləri, hədəflər və gələcək planlar müzakirə edilib. Elm və Təhsil Nazirliyindən məlumat verilib ki, universitetdə yerli və beynəlxalq təcrübənin tətbiqi imkanlarından danışılıb. Ali məktəbdə ekosistemin qurulmasına dair geniş müzakirələr aparılıb. Qarabağ Universiteti 2024-2025-ci tədris ilindən fəaliyyətə başlayacaq və ilkin mərhələdə 1000 nəfərə yaxın tələbənin təhsil alması nəzərdə tutulur.
url:
http://www.kepezfm.az/xeberler/qaraba%C4%9F-universitetinin-f%C9%99aliyy%C9%99t-istiqam%C9%99tl%C9%99ri-v%C9%99-h%C9%99d%C9%99fl%C9%99ri-m%C3%BCzakir%C9%99-edilib