Qarabağ və Şərqi Zəngəzurda ötən il rabitə infrastrukturu ilə bağlı görülmüş işlər açıqlanıb
2025-ci ildə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında ümumilikdə 9 şəhər, 27 kənd və qəsəbədə rabitə infrastrukturu qurulub. İşğaldan azad edilmiş ərazilərdə infrastruktura 4 308 yeni abunəçi qoşulub. Layihə çərçivəsində 25 magistral xəttin tikintisi üzrə işlər uğurla başa çatdırılıb. Ümumi uzunluğu 1 000 kilometrə yaxın olan fiber-optik magistral şəbəkə bölgədə rabitə infrastrukturunun dayanıqlığını və təhlükəsizliyini təmin edir.
url:
http://kepezfm.az/xeberler/qaraba%C4%9F-v%C9%99-%C5%9F%C9%99rqi-z%C9%99ng%C9%99zurda-%C3%B6t%C9%99n-il-rabit%C9%99-infrastrukturu-il%C9%99-ba%C4%9Fl%C4%B1-g%C3%B6r%C3%BClm%C3%BC%C5%9F-i%C5%9Fl%C9%99r

