Qarabağ və Şərqi Zəngəzurda dağ relyefinə uyğun şəhər planlaşdırılması aparılır
Azərbaycan Qarabağ və Şərqi Zəngəzurda şəhərlərin yenidən qurulmasında irsə həssas və təbiətlə uyğun planlaşdırma yanaşması tətbiq edir. WUF13 forumunda çıxış edən İsveçrəli şəhərsalma mütəxəssisi Dunja Kovari bildirib ki, Şuşanın baş planı UNESCO irs statusu nəzərə alınaraq hazırlanır. Dağlıq relyefə malik Qarabağ və Şərqi Zəngəzur bölgələrində İsveçrə təcrübəsindən istifadə edilir. Kəlbəcər üçün “Alp tipli” yaşayış konsepsiyası əsasında yeni baş plan hazırlanıb.Məqsəd təbiətlə uyğun, balanslı şəhər mühiti yaratmaqdır. Laçında isə vadini təpəliklərlə birləşdirəcək kanat yolunun həm nəqliyyat, həm də turizm məqsədilə istifadəsi nəzərdə tutulur.
url:
http://kepezfm.az/xeberler/qaraba%C4%9F-v%C9%99-%C5%9F%C9%99rqi-z%C9%99ng%C9%99zurda-da%C4%9F-relyefin%C9%99-uy%C4%9Fun-%C5%9F%C9%99h%C9%99r-planla%C5%9Fd%C4%B1r%C4%B1lmas%C4%B1-apar%C4%B1l%C4%B1r

