Qarabağ və MOİK komandaları Xankəndiyə yola salınıb
Qarabağ və MOİK komandaları Bakıdan Xankəndiyə yola salınıb. Komandaların üzvlərində yüksək əhval-ruhiyyə hiss edilib. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Xankəndiyə böyük qürur hissi ilə yollandıqlarını dilə gətirib. Xankəndi şəhər stadionunda keçiriləcək "Qarabağ” – “MOİK” oyunu dekabrın 21-i saat 14-də start götürəcək. Görüşdə məhdud sayda azarkeş də iştirak edəcək.
url:
http://www.kepezfm.az/xeberler/qaraba%C4%9F-v%C9%99-moik-komandalar%C4%B1-xank%C9%99ndiy%C9%99-yola-sal%C4%B1n%C4%B1b