Qaradağda avtobuslar toqquşub, 2 nəfər ölüb, 11 nəfər xəsarət alıb (Yenilənib)
Bu gün Qaradağ rayonunda baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanların sayı 11 nəfər olub. Hazırda 3 nəfərin vəziyyəti ağır, 5 nəfərin vəziyyəti stabil olaraq qiymətləndirilir, 3 nəfər isə ambulator müalicə üçün evə buraxılıb. Qeyd edək ki , “İsuzu” markalı avtobus qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olan “Mercedes” markalı mikroavtobusla toqquşub. Nəticədə “Mercedes” markalı avtobusda olan sərnişinlərdən 2 nəfər hadisə yerində həyatını itirib.
url:
http://kepezfm.az/xeberler/qarada%C4%9Fda-avtobuslar-toqqu%C5%9Fub-2-n%C9%99f%C9%99r-%C3%B6l%C3%BCb-11-n%C9%99f%C9%99r-x%C9%99sar%C9%99t-al%C4%B1b-yenil%C9%99nib

