Qaradağda palçıq vulkanı püskürüb
Noyabrın 25-də Qaradağ rayonunda palçıq vulkanının püskürməsi qeydə alınıb.Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, püskürmə mərkəzin 8 vulkanətrafı rəqəmsal seysmik stansiyaları tərəfindən qeydə alınıb.Bir faza ilə xarakterizə olunan püskürmənin davamlığı 15 dəqiqə davam edib və 2 km dərinlikdə qeydə alınıb.
url:
http://kepezfm.az/xeberler/qarada%C4%9Fda-pal%C3%A7%C4%B1q-vulkan%C4%B1-p%C3%BCsk%C3%BCr%C3%BCb

