Qaradağlı faciəsindən 34 il ötür
Bu gün Qaradağlı faciəsindən 34-cü ildönümüdür. 1992-ci il fevralın 17-də Xocavənd rayonunun Qaradağlı kəndi erməni silahlıları tərəfindən işğal olunaraq yandırılıb. Hücum zamanı 118 nəfər əsir götürülüb, onlardan 68-i qətlə yetirilib. Ümumilikdə kəndin 91 sakini öldürülüb, yüzlərlə insan yaralanıb və ya girov götürülüb, 800-ə yaxın sakin məcburi köçkün düşüb. Qaradağlı 2020-ci il 10 noyabr bəyanatından sonra Rusiya sülhməramlılarının nəzarətinə keçib, 2023-cü ilin sentyabrında keçirilən lokal antiterror tədbirlərindən sonra Azərbaycanın tam nəzarətinə qaytarılıb.
url:
http://kepezfm.az/xeberler/qarada%C4%9Fl%C4%B1-faci%C9%99sind%C9%99n-34-il-%C3%B6t%C3%BCr

