Qazaxıstan AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir
Qazaxıstanın Nəqliyyat Nazirliyi "Azerbaijan Airlines"ə məxsus təyyarənin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı istintaqın davam etdiyini açıqlayıb.Araşdırma beynəlxalq aviasiya standartlarına uyğun aparılır və yekun hesabat başa çatdıqdan sonra rəsmi şəkildə dərc olunacaq.Xatırladaq ki, 2024-cü ilin dekabrında baş verən qəza zamanı 38 nəfər həyatını itirib, 29 nəfər sağ qalıb.
url:
http://kepezfm.az/xeberler/qazax%C4%B1stan-azal-%C4%B1n-t%C9%99yyar%C9%99sinin-q%C9%99zaya-u%C4%9Framas%C4%B1-il%C9%99-ba%C4%9Fl%C4%B1-istintaq%C4%B1-davam-etdirir

