Qazax şəhərinin "İdman Paytaxtı – 2026" seçilməsi ilə bağlı sərgi keçirilib
Qazax şəhərinin 2026-cı il üçün “İdman Paytaxtı” seçilməsi münasibətilə sərgi təşkil olunub. Sərgidə yeniyetmə cüdoçular, güləşçilər, ağırlıqqaldıranlar, boksçular, futbolçular və qol güləşi üzrə idmançılar bacarıqlarını nümayiş etdiriblər.Bununla yanaşı, şəhərin tarixini əks etdirən kitablar, qədim musiqi alətləri və digər mədəni irs nümunələri də təqdim olunub.Qeyd edək ki, Qazax şəhərində bu gün “İdman Paytaxtı – 2026” tədbirinin rəsmi açılış mərasimi keçiriləcək.
url:
http://kepezfm.az/xeberler/qazax-%C5%9F%C9%99h%C9%99rinin-idman-paytaxt%C4%B1-%E2%80%93-2026-se%C3%A7ilm%C9%99si-il%C9%99-ba%C4%9Fl%C4%B1-s%C9%99rgi-ke%C3%A7irilib

