Qrizmann 7 ildən sonra ilk dəfə Fransa millisinə kömək edə bilməyəcək
İspaniyanın "Atletiko" klubunda çıxış edən Antuan Qrizmann 2017-ci ildən bəri ilk dəfə Fransa millisinə kömək edə bilməyəcək. Hücumçu topuğundakı zədə ucbatından Almaniya və Çiliyə qarşı yoldaşlıq matçlarında iştirak etməyəcək. 32 yaşlı forvard 2017-ci ildən indiyədək yığmada ardıcıl 84 matçda meydana çıxıb və heç bir görüşü buraxmayıb.
url:
http://www.kepezfm.az/xeberler/qrizmann-7-ild%C9%99n-sonra-ilk-d%C9%99f%C9%99-fransa-millisin%C9%99-k%C3%B6m%C9%99k-ed%C9%99-bilm%C9%99y%C9%99c%C9%99k