Qubada “İdman paytaxtı 2024” layihəsinin açılış mərasimi keçirilib
Qubada “İdman paytaxtı 2024”ün açılış mərasimi olub. Layihə ayrı-ayrı növlərin təbliği, uşaq və yeniyetmələrdə idmana maraq oyatmaq, onların asudə vaxtlarının səmərəli təşkili baxımından böyük əhəmiyyət kəsb edir. “Fuji” adlı maskot ictimaiyyətə təqdim olunub. Basketbol, badminton, stolüstü tennis və digər idman növləri nümayiş etdirilib.
url:
http://www.kepezfm.az/xeberler/qubada-%E2%80%9Cidman-paytaxt%C4%B1-2024%E2%80%9D-layih%C9%99sinin-a%C3%A7%C4%B1l%C4%B1%C5%9F-m%C9%99rasimi-ke%C3%A7irilib