Qubada polisin adından restoranlara qarşı dələduzluq edilib
Qubada polisin adından restoranlara qarşı dələduzluq edilib. Özünü "kapitan Rəşad" kimi təqdim edəb şəxs yemək sifariş edib. Ödənişi taksiyə verəcəyini bildirib. Üzərində 200 manatlıq əskinas olduğunu deyərək “xırda pul” da göndərilməsini istəyib. Həmin şəxs bir qədər sonra kuryerə zəng edərək yoldan siqaret almağı da sifariş edib, qalan pulu da kartına vurmasını xahiş edib. Lakin Kuryer Polis Şöbəsinə çatanda məlum olub ki, orada "kapitan Rəşad" adlı şəxs yoxdur, nömrəsinə isə zəng çatmır. Bu zaman Polis Şöbəsinə digər bir restoranın kuryeri yemək gətirib və "kapitan Rəşad"ı soruşub. Hər iki şəxsin özünü polis kimi təqdim edən şəxs tərəfindən aldadıldığı məlum olub. Fakt araşdırılır.
url:
http://www.kepezfm.az/xeberler/qubada-polisin-ad%C4%B1ndan-restoranlara-qar%C5%9F%C4%B1-d%C9%99l%C9%99duzluq-edilib