Qurban bayramında Laçında heyvan kəsimi məntəqəsi fəaliyyət göstərəcək
Qurban bayramı ilə əlaqədar Laçın şəhərində fəaliyyət göstərəcək xüsusi məntəqədə heyvanların kəsimi və satışı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmış qaydada baytarlıq nəzarəti altında həyata keçiriləcək.Modul tipli mobil kəsim məntəqəsi beynəlxalq qida təhlükəsizliyi və gigiyena standartlarına uyğun qurulub.Müəssisədə gün ərzində 120–180 baş heyvanın kəsilməsi mümkündür. Məntəqə bayramdan sonra da fəaliyyətini davam etdirəcək.
url:
http://kepezfm.az/xeberler/qurban-bayram%C4%B1nda-la%C3%A7%C4%B1nda-heyvan-k%C9%99simi-m%C9%99nt%C9%99q%C9%99si-f%C9%99aliyy%C9%99t-g%C3%B6st%C9%99r%C9%99c%C9%99k

