Rüşvət müqabilində hərbi xidmətdən yayınmağa şərait yaradan vəzifəli şəxs həbs edilib
Bakı şəhəri Nizami Rayon idarəsinin Çağırış şöbəsinin baş zabiti vəzifəsində işləyən hərbi qulluqçu Hümbət Nəbiyevin xidməti vəzifələrinin icrası zamanı vətəndaşdan rüşvət tələb etməsi və alması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. Hümbət Nəbiyevin qeyd olunan vəzifədə işləyərkən vətəndaşı hərbi xidmətdən yayındımağa şərait yaratmaq müqabilində külli miqdarda rüşvət tələb etməsinə əsaslı şübhələr müəyyən edilib. Barəsində həbs qətimkan tədbiri seçilib.
url:
http://www.kepezfm.az/xeberler/r%C3%BC%C5%9Fv%C9%99t-m%C3%BCqabilind%C9%99-h%C9%99rbi-xidm%C9%99td%C9%99n-yay%C4%B1nma%C4%9F-%C5%9F%C9%99rait-yaradan-v%C9%99zif%C9%99li-%C5%9F%C9%99xs-h%C9%99bs-edilib