Rafetlə həyat yoldaşı Ceren Kaplakarslan arasında gərginlik

Rafetlə həyat yoldaşı Ceren Kaplakarslan arasında gərginlik

Müğənni Rafet El Romanla həyat yoldaşı Ceren Kaplakarslan arasında boşanma prosesi getdikcə gərginləşir.
Bir neçə gün əvvəl məktub yazaraq Rafetdən üzr istəyən və barışmalarını xahiş edən Ceren daha sonra dediklərini inkar edib. O, sosial şəbəkədə Rafeti işarələyərək yazıb: "Bəzi adamlar şəxsiyyətlərinin çatışmayan tərəfləri ilə üzləşməkdənsə, bunu başqalarının məsumiyyətlərinə ləkə ataraq gizlədirlər. Kor vicdanlarına qarşı dürüst olmaqdansa, ağır qüsurlarını yükləyəcək günah keçisi axtarırlar. Bu məktubu mən yazmadım, sən yazdın. Tərbiyəsiz, çıx həyatımdan".
Cerenin atası Atilla qızına dəstək olaraq "Narahat olma, qızım. Maddi və mənəvi təzminat ödəyəcəklər. Əxlaqsızlıqlarını ödəyəcəklər" yazıb.
Rafet də yazılanları cavabsız qoymadı: "Üç gün əvvəl "səni sevirəm" deyərkən nə zaman bu qədər qəddar oldun? Nifrətin saxtası olmazmış, həqiqətən də. Bu məktubu sən yazdın, Ceren. Xatırladım sənə necə və nə zaman yazdığını. Atandan başqa şərh yazanlara heç bir sözüm yoxdur. Onlar bilmirlər həqiqəti. Atilla, sən həyatımda tanıdığım ən yalançı, ən yaltaq, ən qorxaq insansan".
Ayşən Zeynallı

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 40
KƏPƏZFM / TOP 40
Dinlə, Hiss et, Arzula!
TOP 40
AZERI TOP 10
KƏPƏZFM / Milli 10-luq
Dinlə, Hiss et, Arzula!
Milli 10-luq