Ramil Cahangirov: "Zəngilanda inşa edilən məktəb binası unikal memarlıq üslubuna malikdir"
Azərbaycanın Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi Ramil Cahangirov WUF13 çərçivəsində çıxışında deyib ki, Zəngilanda inşa edilən məktəb binası unikal memarlıq üslubuna malikdir. Onun sözlərinə görə, Şərqi Zəngəzurun Zəngilan, Qubadlı və Kəlbəcər şəhərlərinin layihələndirilməsində hər bölgənin simasına və landşaftına uyğun xüsusi yanaşma tətbiq olunub. Ramil Cahangirov qeyd edib ki, əsas məqsəd doğma torpaqlarına qayıdan sakinlər üçün müasir və fərqli şəhər mühiti yaratmaqdır.
url:
http://kepezfm.az/xeberler/ramil-cahangirov-z%C9%99ngilanda-in%C5%9F-edil%C9%99n-m%C9%99kt%C9%99b-binas%C4%B1-unikal-memarl%C4%B1q-%C3%BCslubuna-malikdir

