Rusiya İrana humanitar yardımı Azərbaycan vasitəsilə çatdıracaq
Rusiya Fövqəladə Hallar Nazirliyinin təyyarəsi humanitar yardımı İrana Azərbaycan vasitəsilə çatdıracaq.Bu barədə Rusiya FHN-in mətbuat xidməti məlumat verib.Azərbaycana dərman preparatlarının çatdırılması nazirlik tərəfindən həyata keçiriləcək. Daha sonra isə onlar İran hökumətinin səlahiyyətli nümayəndələrinə təhvil veriləcək. Rusiya FHN-nin "İl-76" təyyarəsi ümumi çəkisi 13 tondan çox olan humanitar yükü çatdıracaq.
url:
http://kepezfm.az/xeberler/rusiya-irana-humanitar-yard%C4%B1m%C4%B1-az%C9%99rbaycan-vasit%C9%99sil%C9%99-%C3%A7atd%C4%B1racaq

