Səbinə Hacıyeva: Tarixi binada yaşayanlar həmin tikilinin bərpasına məsul deyil
WUF13 çərçivəsində çıxış edən Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva bildirib ki, tarixi binada yaşayanlar həmin tikilinin bərpasına məsul deyil. Onun sözlərinə görə, sakinlərin əsas vəzifəsi tarixi abidələri qorumaq və onlara zərər verməməkdir. Tarixi binaların və məhəllələrin bərpasına isə dövlət maliyyə dəstəyi göstərir. Səbinə Hacıyeva əlavə edib ki, şəhərlərin yenilənməsi prosesində dövlət qurumları ilə sakinlərin əməkdaşlığı vacibdir.
url:
http://kepezfm.az/xeberler/s%C9%99bin%C9%99-hac%C4%B1yeva-tarixi-binada-ya%C5%9Fayanlar-h%C9%99min-tikilinin-b%C9%99rpas%C4%B1na-m%C9%99sul-deyil

