Sərdar Berdiməhəmmədov: Xəzər və Qara dəniz regionlarının birləşdirilməsi yeni imkanlar açır

Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyevlə birgə mətbuata bəyanatında Azərbaycan-Türkmənistan əlaqələrinin uğurla inkişaf etdiyini bildirib. O qeyd edib ki, yüksəksəviyyəli təmaslar və qarşılıqlı səfərlər ikitərəfli münasibətlərin möhkəmlənməsində mühüm rol oynayır. Nəqliyyat-tranzit sahəsini əməkdaşlığın strateji istiqamətlərindən biri kimi qiymətləndirən Sərdar Berdiməhəmmədov iki ölkə arasında əlverişli coğrafi mövqeyinin beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı baxımından mühüm üstünlüklər yaratdığını deyib. Bu məqsədlə Türkmənistan-Azərbaycan Nəqliyyat, Tranzit və Logistika Komissiyasının fəaliyyətinin daha da fəallaşdırılmasını təklif edib.Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə nəqliyyat dəhlizini uğurlu əməkdaşlığın nümunəsi kimi qiymətləndirən Sərdar Berdiməhəmmədov ölkələrimiz, həmçinin Türkmənistan-Azərbaycan-Gürcüstan-Rumıniya marşrutu üzrə Xəzər dənizi-Qara dəniz nəqliyyat dəhlizinin yaradılması təşəbbüsünü dəstəkləyib. Qonaq Xəzər və Qara dəniz regionlarının birləşdirilməsinin iqtisadi, ticarət və investisiya əməkdaşlığının inkişafı üçün yaxşı imkanlar açdığını bildirib.Sərdar Berdiməhəmmədov neft-qaz, kimya və tekstil sənayesi sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu bildirib. O, həmçinin təhsil, elm, mədəniyyət və incəsənət sahələrində fəal əməkdaşlığın davam etdiyini, Mədəniyyət Günləri və digər birgə tədbirlərin xalqlar arasında dostluq və qardaşlıq əlaqələrini daha da möhkəmləndirdiyini vurğulayıb.

url: 
http://kepezfm.az/xeberler/s%C9%99rdar-berdim%C9%99h%C9%99mm%C9%99dov-x%C9%99z%C9%99r-v%C9%99-qara-d%C9%99niz-regionlar%C4%B1n%C4%B1n-birl%C9%99%C5%9Fdirilm%C9%99si-yeni-imkanlar-a%C3%A7%C4%B1r
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 20
KƏPƏZFM / TOP 20
Dinlə, Hiss et, Arzula!
TOP 20
Milli 20-lik
KƏPƏZFM / Milli 20-lik
Dinlə, Hiss et, Arzula!
Milli 20-lik