Səudiyyə Ərəbistanı və BƏƏ raket və dron hücumları barədə məlumat verib
Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi bildirib ki, Ər-Riyad və ölkənin şərq bölgəsi üzərində üç pilotsuz uçuş aparatı (dron) ələ keçirilib. Dronlar krallığın hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub. Birləşmiş Ərəb Əmirlikləri də İran ərazisindən atılan raket və dron hücumlarını HHM sistemləri və qırıcı təyyarələrlə dəf etdiyini açıqlayıb. Ölkənin müxtəlif bölgələrində eşidilən səslər bu müdafiə əməliyyatları ilə bağlıdır. Həmçninin İrandan Birləşmiş Ərəb Əmirliklərinə buraxılmış ballistik raketlərdən biri paytaxt Əbu-Dabiyə düşərək bir nəfərin həyatına son qoyub.Bu barədə Əbu-Dabi Media Ofisi məlumat yayıb.Raket mülki avtomobilə tuş gəlib və onu idarə edən şəxs əslən fələstinli olub. Təfərrüatlar açıqlanmayıb.
url:
http://kepezfm.az/xeberler/s%C9%99udiyy%C9%99-%C9%99r%C9%99bistan%C4%B1-v%C9%99-b%C9%99%C9%99-raket-v%C9%99-dron-h%C3%BCcumlar%C4%B1-bar%C9%99d%C9%99-m%C9%99lumat-verib

