Sabah müəllimlərin sertifikasiya imtahanları başlayır
Sabahdan ölkədə müəllimlərin sertifikasiya imtahanları başlayır.Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi iyunun 17-dən 19-dək, eləcə də 23-dən 25-dək keçiriləcək.İmtahanlarda Azərbaycan və rus dili, ədəbiyyat, xarici dillər, fizika, kimya, biologiya, musiqi və təsviri incəsənət fənləri üzrə müəllimlər iştirak edəcəklər.Sertifikatlaşdırmanın məqsədi müəllimlərin peşəkar bilik və bacarıqlarının qiymətləndirilməsi və təhsilin keyfiyyətinin yüksəldilməsidir.
url:
http://kepezfm.az/xeberler/sabah-m%C3%BC%C9%99lliml%C9%99rin-sertifikasiya-imtahanlar%C4%B1-ba%C5%9Flay%C4%B1r

