Sabah taksi sürücüləri üçün növbəti imtahan keçiriləcək
Dövlət İmtahan Mərkəzi noyabrın 13-də taksi sürücüləri üçün növbəti imtahan keçirəcək. İmtahanda 1679 nəfər iştirak edəcək və iki məkanda – Bakıdakı elektron imtahanlar korpusu və Gəncədəki Vaqif Əliyev adına 12 nömrəli orta məktəbdə keçiriləcək. İmtahan 1 saat davam edəcək və namizədlər sürücülərin etik davranışı və sərnişin daşımalarını tənzimləyən qanunvericilik üzrə 20 test tapşırığı yerinə yetirəcəklər. 10 və daha çox bal toplayanlara 7 il müddətinə etibarlı sertifikat veriləcək. Namizədlər “İmtahana buraxılış vərəqəsi” və şəxsiyyət vəsiqəsi ilə imtahana gəlməlidirlər. Nəticələr isə imtahandan sonrakı gün DİM-in saytında açıqlanacaq.
url:
http://kepezfm.az/xeberler/sabah-taksi-s%C3%BCr%C3%BCc%C3%BCl%C9%99ri-%C3%BC%C3%A7%C3%BCn-n%C3%B6vb%C9%99ti-imtahan-ke%C3%A7iril%C9%99c%C9%99k

