Sabirabad sakininin evində 4 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Sabirabadda Ulacalı kənd sakini Taleh Mikayılov saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı iki kibrit qutusunda qablaşdırılmış marixuana aşkar edilib. Yaşadığı evdən isə çəkisi 4 kiloqramdan artıq olan marixuana götürülüb. Faktla bağlı cinayət işi açılıb.
url:
http://www.kepezfm.az/xeberler/sabirabad-sakininin-evind%C9%99-4-kiloqramdan-art%C4%B1q-narkotik-vasit%C9%99-a%C5%9Fkarlan%C4%B1b