Sabirabadda ağır yol qəzası olub
Sabirabad sakini 1975-ci il təvəllüdlü Bəyanət İbadovun idarə etdiyi “VAZ”-2107 markalı avtomobillə 1998-ci il təvəllüdlü İmişli sakini Rəvanə Nəsirlinin idarə etdiyi “Nissan” markalı avtomobil toqquşub.“VAZ”-2107-nin sürücüsü ölüb, sərnişini, Sabirabad sakini, 1987-ci il təvəllüdlü Arif Paşayev, “Nissan”nın sürücüsü, onun 2016-cı il təvəllüdlü övladı və 1991-ci il təvəllüdlü Ülviyyə Azadova xəsarət alıblar.
url:
http://kepezfm.az/xeberler/sabirabadda-a%C4%9F%C4%B1r-yol-q%C9%99zas%C4%B1-olub

