Sahibə Qafarova çinli nazirlə görüşüb
Milli Məclisin sədri Sahibə Qafarova Çindən gələn nümayəndə heyəti ilə görüş keçirib. Görüşdə Azərbaycan ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlıq münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyi vurğulanıb. Tərəflər iqtisadiyyat, yaşıl enerji, rəqəmsal texnologiyalar və süni intellekt sahələrində əməkdaşlığın genişləndirilməsini müsbət qiymətləndiriblər.Müzakirələr zamanı ölkədə həyata keçirilən rəqəmsal transformasiya siyasəti, kibertəhlükəsizlik və innovativ həllərin tətbiqi məsələləri diqqət mərkəzində olub.Çin tərəfi isə internet, rəqəmsal iqtisadiyyat və süni intellekt istiqamətlərində Azərbaycanla əməkdaşlığı genişləndirməyə hazır olduğunu bildirib.
url:
http://kepezfm.az/xeberler/sahib%C9%99-qafarova-%C3%A7inli-nazirl%C9%99-g%C3%B6r%C3%BC%C5%9F%C3%BCb

