Samuxda baş verən insident zamanı 3 nəfər bıçaqlanıb
Samuxun Çobanabdallı kəndində qonuşlar arasında şəxsi münaqişə zəminində 43 yaşlı Aynur Nəbiyeva, onun övladı 22 yaşlı Ayxan Nəbiyev və Xaliq Həsənov bıçaq xəsarətləri alıblar. Onlar xəstəxanaya çatdırılıb. Hadisəni törədən Fədail Quliyev saxlanılıb. Fakt araşdırılır.
url:
http://kepezfm.az/xeberler/samuxda-ba%C5%9F-ver%C9%99n-insident-zaman%C4%B1-3-n%C9%99f%C9%99r-b%C4%B1%C3%A7aqlan%C4%B1b