Samuxda saxta alkoqollu içki istehsal edən müəssisənin fəaliyyəti məhdudlaşdırılıb
Samuxun Qarayeri qəsəbəsində fəaliyyət göstərən alkoqollu içkilərin istehsal müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb. Qida Təhlükəsizliyi Agentliyinin keçirdiyi yoxlama nəticəsində müəssisədə suyun və digər xam maddələrin istehsalda normativlərə uyğun olmadan istifadə edildiyi məlum olub. Faktlarla bağlı sahibkar barəsində inzibati qaydada tədbir görülüb.
url:
http://www.kepezfm.az/xeberler/samuxda-saxta-alkoqollu-i%C3%A7ki-istehsal-ed%C9%99n-m%C3%BC%C9%99ssis%C9%99nin-f%C9%99aliyy%C9%99ti-m%C9%99hdudla%C5%9Fd%C4%B1r%C4%B1l%C4%B1b