Saxta bilet satış səhifələri ilə bağlı vətəndaşlara xəbərdarlıq edilib
Milli Kibertəhlükəsizlik Agentliyi vətəndaşları “iTicket.az” adından istifadə edən saxta səhifələr və saytlar vasitəsilə mümkün dələduzluq hallarına qarşı diqqətli olmağa çağırıb. Agentlik bildirib ki, saxta resurslar vasitəsilə bilet satışı adı altında bank kartı və şəxsi məlumatlar ələ keçirilə bilər. Vətəndaşlara biletləri yalnız rəsmi platformadan almaq, şübhəli elanlardan uzaq durmaq və ödənişdən əvvəl saytın həqiqiliyini yoxlamaq tövsiyə olunub.
url:
http://kepezfm.az/xeberler/saxta-bilet-sat%C4%B1%C5%9F-s%C9%99hif%C9%99l%C9%99ri-il%C9%99-ba%C4%9Fl%C4%B1-v%C9%99t%C9%99nda%C5%9Flara-x%C9%99b%C9%99rdarl%C4%B1q-edilib

