Selen Soyder Bakıya gəlmək istəyib

Selen Soyder Bakıya gəlmək istəyib

"Lalə dövrü" serialı ilə tanınan aktrisa Selen Soyder maraqlı açıqlamalar verib. "Lale dövrü" serialındakı "Toprak" obrazı ilə sevilən aktrisa, Bakıya gəlmək istədiyini bildirib: "Bakıya və Azərbaycana sevgilərimi çatdırıram. Hamınızı çox sevirəm. Bakıda heç olmamışam, amma azərbaycanlı dostlarım var. İnşallah, Bakıya gələcəm. Dəvət edin, gələk. Hələ ki, dəvət almamışam. Ola bilər ki, dəvətsiz də gəlim".
Məşhur aktrisa, hal-hazırda çəkildiyi "Hansımız sevmədik" serialı haqda da danışıb: "Çox gərgin biri deyiləm, amma çəkilişlərdə, zaman-zaman, gərginlik olur. Normalda çox ciddi rejimdə çalışıram. Serialdakı rolumda qapı qonşuma aşiqəm. Uşaqlıqdan bir yerdə böyüyüblər, amma valideynləri bir-birilərinə düşməndir. Əslində, onlar da keçmişdə sevgili olublar. Amma mənim Tarıkın bundan xəbəri yoxdur. Ailələrimiz Itırla Tarıkın, yəni bizim evli olduğumuzu bilmirlər. Yəni ki, oyun içində oyun olan serialdır. Sirlərlə doludur".
Selen Soyder real həyatda belə bir vəziyyətə düşərsə, nə edəcəyini də açıqlayıb: "Bunu gec öyrəndiyim üçün kədərlənərəm. Amma keçmişi dəyişdirmək olmur, gələcəyə baxmaq lazımdır".
Daha sonra aktrisa hobbilərindən də söz açıb: "Meditasiya edirəm. Yorğunluğumu çıxarıram. Neqativi atmağa çalışıram".
Ayşən Zeynallı

KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Canlı Yayım
Səsin gücü
Digər
KƏPƏZFM
Sayta keçid
İndi Yayımda:
...
...
Playlist Tam playlist
Digər
Əsas Yayım
KƏPƏZFM
Dinlə, Hiss et, Arzula!
Əsas Yayım
TOP 40
KƏPƏZFM / TOP 40
Dinlə, Hiss et, Arzula!
TOP 40
AZERI TOP 10
KƏPƏZFM / Milli 10-luq
Dinlə, Hiss et, Arzula!
Milli 10-luq