Separatçıları həbsdə saxlama müddəti daha 4 ay uzadılıb
Qarabağda qondarma separatçı rejimin dırnaqarası “prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, sabiq "xarici işlər naziri" David Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar Lyova Mnatsakanyan, David Manukyan barəsində seçilmiş həbs qətimkan tədbirlərinin müddəti 4 ay uzadılıb. Cinayət işi üzrə separatçı rejimin ümumilikdə 15 nəfər üzvü məsuliyyətə cəlb olunub.
url:
http://www.kepezfm.az/xeberler/separat%C3%A7%C4%B1lar%C4%B1-h%C9%99bsd%C9%99-saxlama-m%C3%BCdd%C9%99ti-daha-4-ay-uzad%C4%B1l%C4%B1b