"Separatçıların kitabı bağlandı, artıq Azərbaycanda separatçılığa yer olmayacaq" Prezident İlham Əliyev
“Əgər Ermənistan rəhbərliyi mənim sözlərimə qulaq assaydılar, İkinci Qarabağ müharibəsinə ehtiyac qalmazdı. Biz istədiyimizə nail olduq, milli ləyaqətimizi bərpa etdik, düşmənə yerini göstərdik". Bu fikirləri Prezident İlham Əliyev Xankəndidə keçirilən hərbi paradda səsləndirib. Separatçıların kitabının bağlandığını deyən dövlət başçısı qeyd edib ki, Azərbaycan dövləti bu gün bütün əraziyə nəzarət edir və bunun səbəbkarları Azərbaycan hərbçisidir.
url:
http://kepezfm.az/xeberler/separat%C3%A7%C4%B1lar%C4%B1n-kitab%C4%B1-ba%C4%9Fland%C4%B1-art%C4%B1q-az%C9%99rbaycanda-separat%C3%A7%C4%B1l%C4%B1%C4%9F-yer-olmayacaq-prezident