Slovakiyalı diplomatlar Azərbaycana təxliyə olunub
"Astara" Sərhəd Gömrük-keçid məntəqəsindən Slovakiyanın İrandakı səfirliyinin altı nəfərlik heyəti Azərbaycana təxliyə olunub. Qeyd edək ki, fevralın 28-də İrana qarşı hərbi əməliyyatların başlamasından sonra bu ölkədən Azərbaycana ümumilikdə 615 nəfərin keçidi təmin olunub.Xarici İşlər Nazirliyinin məlumatına görə, İrandan vətəndaşlarını Azərbaycan vasitəsilə təxliyə etmək üçün 25-dən artıq ölkədən müraciət daxil olub.
url:
http://kepezfm.az/xeberler/slovakiyal%C4%B1-diplomatlar-az%C9%99rbaycana-t%C9%99xliy%C9%99-olunub

