Son üç saatda daha 89 nəfər İrandan Azərbaycana təxliyə edilib
Martın 3-də saat 10:00-13:00 aralığında daha 89 nəfər hərbi əməliyyatların davam etdiyi İrandan Azərbaycana təxliyə olunub.Onlardan 6-sı Azərbaycan, 74-ü Çin, 6-sı Slovakiya, 2-si İran,1-i isə Türkiyə vətəndaşıdır.Onların təxliyəsi "Astara" Sərhəd Gömrük-keçid məntəqəsindən səfərbər olunmuş xüsusi avtobuslar vasitəsilə həyata keçirilib.
url:
http://kepezfm.az/xeberler/son-%C3%BC%C3%A7-saatda-daha-89-n%C9%99f%C9%99r-irandan-az%C9%99rbaycana-t%C9%99xliy%C9%99-edilib

