Son iki saatda İrandan Azərbaycana daha 9 nəfər təxliyə olunub
İrandan Azərbaycana bu gün saat 12:00-dan 14:00-dək daha 9 nəfərin təxliyəsi baş tutub.Onlardan 5-i Azərbaycan, 2-si Qırğızıstan, 1-i Çin, 1-i isə Gürcüstan vətəndaşıdır.Qeyd edək ki, bununla İranda hərbi əməliyyatların başladığı fevralın 28-i saat 08:00-dan martın 5-i 14:00-a qədər həmin ölkədən Azərbaycana təxliyə olunanların sayı 1326-ya çatıb.
url:
http://kepezfm.az/xeberler/son-iki-saatda-irandan-az%C9%99rbaycana-daha-9-n%C9%99f%C9%99r-t%C9%99xliy%C9%99-olunub

