Sosial şəbəkələrdə dezinformasiya yayan şagird istintaqa cəlb edilib
Sosial şəbəkələrin xarici seqmentində Bakı şəhərindəki bəzi məktəblərə silahlı hücum planlaşdırıldığı ilə bağlı insanlarda həyəcan və süni ajiotaj yaratmağa yönələn məlumatlar reallığı əks etdirmir. Ölkə ərazisində hər hansı təhdid doğurmaq imkanında olmayan şəxslər və onların Azərbaycan ilə heç bir əlaqəsinin olmadığı müəyyən edilib. Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat xidmətinin məlumatında deyilir ki, “Telegram” səhifəsində yerləşdirilən, Bakı şəhəri Nizami rayonu 229 saylı tam orta məktəbə aid fotoşəkli həmin məktəbin azyaşlı şagirdinin martın 12-də çəkdiyi və özü tərəfindən eyni adda və məzmunda yaradılan kanala yerləşdirildiyi müəyyən edilib, həmin şəxs qanuna müvafiq qaydada istintaqa cəlb edilib.
url:
http://www.kepezfm.az/xeberler/sosial-%C5%9F%C9%99b%C9%99k%C9%99l%C9%99rd%C9%99-dezinformasiya-yayan-%C5%9Fagird-istintaqa-c%C9%99lb-edilib