Sosial inkişafın təşviqinə dair Bakı–Banqkok Bəyannaməsi qəbul olunub
Xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının 82-ci sessiyasında sədrlik edib.Nazir Prezident İlham Əliyevin müraciətini səsləndirərək “Heç kəs kənarda qalmasın” prinsipinin önəmini diqqətə çatdırıb.Azərbaycanın “Azərbaycan 2030” sosial-iqtisadi prioritetləri və Orta Dəhlizin strateji əhəmiyyəti diqqətə çatdırılıb.Sessiyanın sonunda Bakı-Banqkok Bəyannaməsi qəbul olunub. Sənəd regionda sosial bərabərlik və dayanıqlı inkişaf üzrə ortaq öhdəlikləri təsdiqləyir.Azərbaycanın çoxtərəfli diplomatiya çərçivəsində regional əməkdaşlığı gücləndirməyə sadiq olduğu bir daha vurğulanıb.
url:
http://kepezfm.az/xeberler/sosial-inki%C5%9Faf%C4%B1n-t%C9%99%C5%9Fviqin%C9%99-dair-bak%C4%B1%E2%80%93banqkok-b%C9%99yannam%C9%99si-q%C9%99bul-olunub

