Su polisi brakonyerlik etməkdə şübhəli şəxsləri saxlayıb
Su Polisi və Kənd Təsərrüfatı Nazirliyinin brakonyerliyə qarşı birgə tədbir keçirdiyi əməliyyatla Baş Mil-Muğan kollektorunda qanunsuz balıq ovu ilə məşğul olmaqda şübhəli bilinən M.Məmmədov və Y.Alıyev saxlanılıblar.Yoxlama zamanı həmin şəxslərdən müxtəlif növ qadağan olunmuş ov alətləri, eləcə də qanunsuz ovlanmış balıqlar aşkarlanaraq götürülüb.Faktla bağlı araşdırma aparılır.
url:
http://kepezfm.az/xeberler/su-polisi-brakonyerlik-etm%C9%99kd%C9%99-%C5%9F%C3%BCbh%C9%99li-%C5%9F%C9%99xsl%C9%99ri-saxlay%C4%B1b

