Sumqayıtda bir ailə dəm qazından zəhərlənib, ölən var
Sumqayıtın Ceyranbatan qəsəbəsində 1 ailənin 5 üzvü dəm qazından zəhərlənib. 1958-ci il təvəllüdlü Sabir Kazımov isə ölüb. 2-i azyaşlı olmaqla 4 nəfər isə xəstəxanaya yerləşdirilib. Hazırda müalicələri davam etdirilir. Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.
url:
http://www.kepezfm.az/xeberler/sumqay%C4%B1tda-bir-ail%C9%99-d%C9%99m-qaz%C4%B1ndan-z%C9%99h%C9%99rl%C9%99nib-%C3%B6l%C9%99n-var