Suraxanı və Şirvanda silah-sursat aşkarlanıb
Suraxanı rayonun Zığ qəsəbəsi ərazisində nömrəsi silinmiş “AKM” markalı avtomat silah, 30 ədəd patron və 1 ədəd patron darağı tapılıb. Şirvanda da avtomat, daraq və 28 ədəd patron aşkarlanıb. Faktlarla bağlı araşdırmalar aparılır.
url:
http://www.kepezfm.az/xeberler/suraxan%C4%B1-v%C9%99-%C5%9Firvanda-silah-sursat-a%C5%9Fkarlan%C4%B1b