Türkiyə Milli Müdafiə Universitetinin rektor müavini işğaldan azad edilmiş ərazilərdə olub
Türkiyənin Milli Müdafiə Universitetinin rektor müavini professor Talat Canbolatın rəhbərlik etdiyi nümayəndə heyəti işğaldan azad edilmiş Azərbaycan ərazilərinə səfər edib.Səfər çərçivəsində qonaqlar bir sıra tarixi abidələri ziyarət edib, Ermənistan silahlı qüvvələrinin törətdiyi dağıntılar və vandalizm aktları barədə məlumatlandırılıblar. Eyni zamanda, azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri barədə də geniş məlumat verilib.Nümayəndə heyəti 44 günlük Vətən müharibəsi və sonrakı hərbi əməliyyatlar barədə də hərbi qulluqçuların təqdimatlarını dinləyib, N hərbi hissəsində yaradılan şəraitlə tanış olub.
url:
http://kepezfm.az/xeberler/t%C3%BCrkiy%C9%99-milli-m%C3%BCdafi%C9%99-universitetinin-rektor-m%C3%BCavini-i%C5%9F%C4%9Faldan-azad-edilmi%C5%9F-%C9%99razil%C9%99rd%C9%99-olub

